20 gün sonra nişanı olacaqdı, meyiti tapıldı - FOTO

2 Sentyabr 2024 12:08

Lənkəranda 31 yaşlı kişinin meyiti tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində olub.

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Əhəd Sərxan oğlu Əkbərlinin yaşadığı evin həyətindəki yarımtikilidə meyiti tapılıb.

Qeyd edək ki, evdə tək yaşayan Əkbərin sentyabrın 22-si nişan mərasimi planlaşdırılıbmış.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun