Seçkilər şəffaf, demokratik keçirildi - Aygün Attar

2 Sentyabr 2024 10:50

Növbədənkənar parlament seçkiləri şəffaf, demokratik keçirildi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri Aygün Attar növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Mərkəzi Seçki Kommisiyası bu seçkilərə çox professional hazırlaşıb.

"Hər hansı bir neqativ hallara rastlaşmadıq. Bu da Azərbaycanın seçkilərdə necə nümunəvi olmasını göstərir. Seçki prosesində qadınların sayının çox olması isə sevindirici hal idi", - deyə o əlavə edib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.

Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun