Sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində hər şey dəqiq və qaydasında keçdi.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının baş katibinin müavini Əli Əsgər Məhəmmədi Sicani deyib.
"İƏT patlamentariləri olaraq seçkilərin müşahidəsində iştirak etmişik. Biz dünən 16 seçki məntəqəsini gəzmişik. Seçkilərdə heç bir problem görmədik, hər şey şəffaf və intizamlı idi", - deyə o bildirib.
"Seçkilərə nəzarət edərkən hər şeyin dəqiq və qaydasında keçdiyini gördük. Son olaraq Azərbaycan xalqını seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik edirəm, dünyanın bir çox yerində gördüyümüz kimi, parlament demokratiyanın əsasıdır", - deyə o əlavə edib.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.
Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun