Tamamilə yeni "Hyundai Santa Fe" təqdim olundu - FOTOlar

2 Sentyabr 2024 10:20

Çində Çendu avtosalonunda beşinci nəsil "Hyundai Santa Fe" təqdim edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə motor.ru məlumat yayıb.

Artıq müraciətlərin qəbuluna başlanılıb. Xarici görünüşü və interyerinə görə, Çinin "Beijing-Hyundai" müştərək müəssisəsi tərəfindən istehsal olunan "Santa Fe" qlobal modeldən fərqlənmir. Lakin texnologiya orijinaldır: yeni model klassik turbo mühərriklə təchiz edilib.

Qlobal "Hyundai Santa Fe" ya 2.5 litrlik atmosfer mühərrik və 8 pilləli avtomatik transmissiya ilə, ya da 8 pilləli presqiv "robot"la eyni həcmdə turbo mühərriklə təchiz edilir. Ancaq Çində vergilər mühərrikin işlək həcminə görə hesablanır, buna görə də 2.0 litrlik turbo mühərrikdən istifadə etmək qərara alınıb. "G4NN" turbo-dördlüyü 247 at gücü və 353 Nm fırlanma anına çatır, təkan hidrotransformatorlu 8 pilləli sürət qutusu vasitəsilə ötürülür.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun