İsrailin baş naziri Benyamin Netanyahu ölkədə baş verən kütləvi etirazlardan narahatdır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "CNN" televiziya kanalına İsrail rəsmisi deyib.
Məlumata əsasən, Qəzza zolağında altı nəfərin cəsədi tapıldıqdan sonra yüz minlərlə insan Təl-Əviv və Qüds küçələrinə çıxaraq girovların azad edilməsi üçün HƏMAS-la razılığın əldə olunmasını tələb edib.
Ümumilikdə ölkədə keçirilən etiraz aksiyalarında 700 minə yaxın insan iştirak edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun