ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp bildirib ki, seçkidə qalib gəlsə, vəzifəsinin ilk günündə Fələstin-İsrail münaqişəsini həll edə biləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə D.Tramp "X" sosail şəbəkəsində yazıb.
"Ölkəmiz və çox güclü xalqımız [ABŞ Prezidenti] Co Baydenin dövründə təhlükəsiz deyil və [ABŞ vitse-prezidenti] Kamala Harrisin dövründə daha da təhlükəsiz olacaq. Prezident olsaydım, bu dəhşətli hadisə heç vaxt baş verməzdi və Oval Kabinetə qayıtdığım gün dayanacaq", - deyə o bildirib.
D.Tramp əlavə edib, C.Bayden və K.Harrisin qərarları "nəinki insanların həyatını riskə atır, həm də lazımsız və qarşısı alına bilən ölümlərlə birbaşa bağlıdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun