Təl-Əvivdə 6 girovun cəsədinin tapılması fonunda kütləvi etiraz və iğtişaşlardan sonra 29 nəfər saxlanılıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, saxlanılanlar hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmaya girib, yollarda hərəkəti bağlayıb, ictimai asayişi pozublar.
"İndi bütün yollar etirazçılardan təmizlənib, nəqliyyatın hərəkəti tədricən bərpa olunur", - polis əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun