Rusiyada güclü zəlzələ baş verdi

2 Sentyabr 2024 02:03

Kamçatkada 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin saytı məlumat yayıb.

"Zəlzələnin maqnitudası 42 kilometr dərinlikdə olub, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 117 km aralıda olub", - deyə bildirilib.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun