Qəzza zolağında 72 mindən çox uşaq poliomielit əleyhinə peyvənd olunub.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, peyvənd, xüsusən də Qəzzanın mərkəzindəki Nuseyrat düşərgəsində başlayıb.
Xatırladaq ki, avqustun 16-da Qəzza zolağında 10 aylıq körpədə ilk təsdiqlənmiş poliomielit xəstəliyi qeydə alınıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun