Dominikanın Asua əyalətində avokado yüklü maşınının bardan çıxan bir qrup insanı vurması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, 30-dan çox insan isə yaralanıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə yerli "Listin Diario" nəşri Asua əyalətinin səhiyyə direktoru Coel Montanyonun sözlərinə istinadən məlumat yayıb.
"Ölənlərin əksəriyyəti kişilərdir, yaralananlar arasında 17 yaşlı yeniyetmə də var", - məlumatda bildirilib.
Qeyd olunub ki, yaralıların əksəriyyəti San-Xuan əyalətindəki xəstəxanaya aparılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun