Bu gün Azərbaycanda tarixi bir seçkilər keçirilir.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin millət vəkili Şamil Ayrım deyib.
Onun sözlərinə görə, Azərbaycan 30 ildən sonra ilk dəfə işğal edilmiş ərazilərini azad etdikdən sonra bu seçkiləri təşkil edir:
"Üç rəngli bayrağın dalğlanadığı bütün bölgələrdə seçkilər keçirilir. Biz də bu seçkilərin xeyirli-uğurlu olmasını arzulayırıq".
Ş.Ayrım əlavə edib ki, bu seçkilər Azərbaycanın gələcəyi üçün çox önəmlidir.
Türkiyəli millət vəkili qeyd edib ki, məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında sülh anlaşması imzalanmayıb:
"Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, sülh anlaşmasının imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməlidir. Təəssüflər olsun ki, bəzi xarici dövlətlərin təzyiqi ilə bu hələlik baş verməyib.
Mən bu seçkilərin Azərbaycan xalqına, Azərbaycan gənclərinə xeyirli olmasını arzulayıram. Demokratik, dinc və şəffaf seçkilərin keçirilməsinin şahidiyik. Çünki biz seçki məntəqələrində seçicilərin dinc və sərbəst şəkildə səs verməsinin və heç bir problemlə qarşılaşmadıqlarının şahidi olduq", - deyə o bildirib.
Ş.Ayrım bildirib ki, Azərbaycanla Ermənistan arasında problemlər həll olunmadıqca, Türkiyə Ermənistanla münasibətlərini normal səviyyəyə gətirməyəcək. Bu coğrafiyanın parlayan ulduzu olaraq Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələri Türk dünyasında da özünü əks etdirəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun