Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında keçirdiyi əməliyyatda ümumilikdə 17 terrorçu zərərsizləşdirib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin "X" hesabında bildirilib.
Məlumatda qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində İraqın şimalında Qara, Metina və Pəncə-Kilid əməliyyatı bölgələrində müəyyən etdiyi 15 PKK terrorçusu və Suriyanın şimalındakı Mənbic bölgəsində isə 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun