Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - FOTO

1 Sentyabr 2024 13:57

Teleaparıcı Jalə Həsənli Azərbaycanda çəkilən ilk tarixi serial "Atabəylər"də baş rollardan birinə dəvət alıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə o özü sosial şəbəkə hesabında məlumat verib.

Jalə Həsənli filmdə Zübeydə xatun rolunu canlandıracaq. Zübeydə xatun Səlcuqlu sultanı Bərkyarukun qızı idi və dövlət idarəçiliyində atasının müşaviri rolunda çıxış edirdi.

"Atabəylər" serialı tezliklə ekranlara çıxacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun