ABŞ ştatları yanır

25 İyun 2012 19:36
ABŞ-ın Kolorado ştatında meşə yanğınları 11 min sakin və çoxsaylı turistin evakuasiyasına səbəb olub. Təbii fəlakət Payks Pik dağında kempinq düşərgəsinə ciddi təhlükə yaradıb. Yanğın min hektarlıq sahəni bürüyüb.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Kolorado Amerikada Müstəqillik Günü tətillərindən bir həftə öncə məruz qaldığı fəlakətə görə çoxsaylı turisti itirmib.

Amerikanın Arizona, Kaliforniya, Yeni Meksika və Yuta ştatlarında da yanğınlar baş verib.

Milli.Az