Bərbərovlar ailəsinin sonunu gətirən şir niyə sahibini parçalamışdı? - İLLƏR SONRA AÇILAN SİRR

1 Sentyabr 2024 20:19

"Təbiətdən vəhşi heyvanı icazə ilə götürmək mümkündür. Təbii ki, bu icazə də hamıya verilmir. Hər bir heyvanı təbii mühitindən ayırmaq üçün xüsusi icazələr var. Bəzən yalnız elmi məqsədlər üçün icazə verilir. Elə nadir növlər var ki, onları elmi məqsədlər üçün yaxud da artırmaq üçün təbiətdən ayıra bilərsən. Məsələn, Xəzər dənizində nərəkimilər var ki, onların tutulmasına icazə verilmir. Zoologoiya instutu tutub onlar üzərində elmi məqsədlər apara bilər. Yaxud da xüsusi zavodlar var ki, onlar artırıb təbiətə buraxır. Həmçinin də vəhşi təbiətdə".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov deyib.

O daha sonra bildirib ki, müəyyən yaşdan sonra heyvanlar daha aqressiv olur:
 
"Balaca vaxtı vəhşi heyvanlar şirin olur, böyüdükcə yavaş-yavaş təhlükəyə çevrilirlər. Xüsusən də onların yetkin yaşda cütləşmə dövrü başlayanda hormonları qana keçir və aqressivləşirlər. Onlar özlərinə cüt axtarırlar, aqressiv olurlar. Bərbərovlar ailəsi şiri saxlayıb böyüdəndə artıq şirin hormonları qana keçib onu aqressivləşdirəndə öz sahibinin dərisini soymuşdu. Bu əslində arzuolunmayan bir məsələdir. Heyvan öz təbii mühitində, şəraitində yaşasa daha yaxşıdır. Bəzən də görürsən heyvanı böyüdürlər, balaca vaxtı onları saxlamaq asan olur, az yeyir. Böyüyəndə isə çox qida tələb edir. Aparıb buraxırlar təbiətə. Bunu daha çox restoran mühitində görürük. Bir də görürsən ki, ayıları restoranlar götürüb saxlayır, böyüyəndə buraxırlar təbiətə. Bu çox təhlükəlidir. Həmin ayılar harada olsa insanların yanına gələcək. Çünki həmin ayını ov etməyə anası öyrədir. Sən onu əlində böyüdürsən, yemək verirsən, təbiətə buraxırsan o artıq o ev edə bilmir, şikəst olur. O əlbəttə ki, insanlar olan yerə gələcək. O yerdə ayıların qarşısına uşaq da çıxa bilər, ayı onu parçalaya da bilər. Yaxud da insanlar görəcək ki, kəndə ayı gəlir, onu öldürəcəklər. Burada hər iki tərəf zərər görür. Ona görə də arzuolunmaz haldır ki, vəhşi heyvanları evdə böyüdəsən, sonra qaytarıb təbiətə buraxasan. Xaricdə vəhşi heyvanı təbiətə buraxanda da xüsusi proqramlarla öyrədirlər. Hansı ki, ayını öyrədirlər ki, necə ov etməlidir, insanlarla necə davranmalıdır? Bizdə hələ bu cür proses tətbiq olunmur".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun