Fatman səhnədə huşunu itirərək dünyasını dəyişdi - FOTO

1 Sentyabr 2024 01:09

Fatman Skoop kimi tanınan amerikalı reper İsaak Friman Konnektikut ştatının Hamden şəhərində çıxışı zamanı səhnədə huşunu itirib və ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Hadisə yerinə gələn həkimlər ifaçının həyatını xilas edə bilməyiblər.

Reper 1990-cı illərdə " Be Faithful" mahnısı ilə şöhrət qazanıb.

O, Qremmi də daxil olmaqla bir neçə musiqi mükafatının və nominasiyasının sahibi və namizədi olub.

Reperin 53 yaşı var idi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun