ABŞ Ukraynaya daha 800 milyon ayırır

1 Sentyabr 2024 00:42

ABŞ Rusiyanın hücumlarından sonra Ukraynanın enerji təchizatının bərpası üçün 800 milyon dollar ayıracaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko ABŞ energetika nazirinin müavini Devid Terka ilə görüşdən sonra bildirib.

"ABŞ-a səfərimiz zamanı enerji əsas mövzulardan biri idi. Dövlət katibinin müavini Devid Terka ilə birlikdə Ukraynanın enerji sisteminin bərpası üçün zəruri addımları müzakirə etdik", - o, X sosial şəbəkəsində yazıb.

Nazir qeyd edib ki, Rusiya hava hücumları nəticəsində ölkənin enerji infrastrukturunun 50%-dən çoxu zədələnib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun