Messencerdə bu funksiya ÇÖKDÜ - "Telegram" rəsmiləri SUSURLAR

31 Avqust 2024 23:16

"Telegram" messencerində "Yaxınlıqdakı insanları tap" funksiyası fəaliyyətini dayandırıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Bu barədə "RİA Novosti" məlumat yayıb.

Nəşrin məlumatına görə, siz bu funksiyadan istifadə etməyə çalışdığınız zaman messencer insanları axtarır, lakin axtarış nəticələrini göstərmir.

"Yaxınlıqdakı insanları tap" yaxınlıqdakı istifadəçilərlə tez əlaqə saxlamaq və ya yeni dostlar tapmaq üçün yaradılıb.
"Telegram" vəziyyəti hələ ki şərh etməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun