Avtobus qəzasında 7 NƏFƏR ÖLDÜ, onlarla yaralı var

31 Avqust 2024 23:42

ABŞ-nin Missisipi ştatında avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Altı nəfərin yerindəcə, bir nəfərin isə xəstəxanada dünyasını dəyişdiyi bildirilir.

Telekanalın məlumatına görə, ümumilikdə 37 sərnişin xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun