İtkin düşən turistin cənazəsi bu formada tapıldı

31 Avqust 2024 22:15

Nepalda gəzinti zamanı yoxa çıxan ispaniyalı turistlərdən birinin cəsədi tapılıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, turistin cəsədi Burunqdi çayında qumda basdırılmış formada tapılıb.

Yerli polis itkin düşən digər turistin axtarışlarını davam etdirir.

İlkin ehtimala görə, turistlər foto çəkdirərkən çaya düşüb. Yerli sakinlər şəlalənin yaxınlığında iki çanta tapıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun