3 bürc üçün gözlənilməz fürsət: bu tarixdən həyatları dəyişəcək

31 Avqust 2024 18:54

Türkiyəli astroloq Aysun Koç 3 sentyabrda Qız bürcündə reallaşacaq yeni Ayla bağlı proqnozlar verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, yeni Ayla birlikdə çətin təsirlər yaranacağını, sevgi münasibətlərində qarşı tərəfin təzyiqinə məruz qalına bilinəcəyini, münasibətlərdə aldatma ehtimalının yüksək olduğunu və ani qəza risklərinin mümkünlüyünü qeyd edib.

Lakin astroloq bu dövrdə bəzi bürclər üçün ani fürsətlər yarana biləcəyini bildirib:

"Xüsusən də Qız, Buğa və Oğlaq bürcləri təsirlənəcək. Bu bürclər üçün yaxşı, məhsuldar şanslar mümkündür. Son həftədə doğulanların qarşısına gözlənilməz fürsətlər və şanslar gələ bilər. Balıq, Qız, Əkizlər və Oxatan bürclərinin ilk 15 günündə doğulanlar yeni Aydan təsirlənəcəklər. Daha şanslı olanlar Buğa və Oğlaq bürcü olacaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun