“Durovun həyatı təhlükə altındadır”

31 Avqust 2024 17:44

Fransa Vətənpərvər Partiyasının lideri Florian Filippot teleqram sosial şəbəkəsinin təsisçisi Pavel Durovun həyatının təhlükə altında olduğunu bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, siyasətçi bu haqda "X" sosial şəbəkəsində yazıb.

"Pavel Durov sayıq olmalıdır, onun həyatı təhlükədə ola bilər!", - o qeyd edib.

Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanılmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun