Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı səsvermə günü "ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq.
Milli.Az xəbər verir ki, bu barədə "ASAN xidmət" mərkəzi məlumat yayıb.
Məlumatda bildirilib ki, vətəndaşlar həmin gün yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilərlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun