Braziliyanın Pernambuko ştatında kilsənin damı uçub.
Milli.Az bildirir ki, bu barədə Oxu.Az "G1" xəbər portalına istinadən xəbər verir.
Məlumata görə, damın uçması nəticəsində onlarla insan xəsarət alıb.
Hadisə yerində xilasedicilər iki cəsəd aşkar ediblər. Ölkə Prezidenti Lula da Silva həlak olanların yaxınlarına başsağlığı verib.
"Dərin bir kədərlə iki nəfərin ölüm xəbərini aldım. Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır. Həyatını itirənlərin yaxınlarına başsağlığı verirəm. Bu, faciədir", - deyə dövlət başçısı sosial şəbəkə hesabına yazıb.
Qeyd edək ki, hadisə baş verən zaman 70-ə yaxın insan aylıq qida zənbillərini almaq üçün binanın içərisində olub.
Ştatın vitse-qubernatoru Prissila Krauz dağıntıdan sonra təxminən 20 nəfərin yaralandığını bildirib. Onların hamısına tibbi yardım göstərilib. Həmçinin, ərazidə dağıntıların təmizlənməsi işləri davam edir. İlkin məlumata görə, dağıntılar altında qalanlar yoxdur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun