“Bu maddələri dünən rəsmi Bakıya təqdim etdik”

31 Avqust 2024 14:45

"Ermənistan Azərbaycanı sülh sazişini imzalamağa və ratifikasiya etməyə dəvət edib".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Sülh müqaviləsinin 17 maddəsinin 13-ü, eləcə də müqəddiməsinin üçü qismən razılaşdırılıb, onun mətni böyük ölçüdə razılaşdırılıb. Bütün bu maddələri sülh sazişi kimi biz dünən rəsmi Bakıya təqdim etdik", - deyə o, qeyd edib.

Baş nazirin sözlərinə görə, bu, mümkündür, çünki Ermənistan və Azərbaycan arasında sülhün bütün fundamental prinsipləri orada qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun