Vatsapda bu da mümkün olacaq

31 Avqust 2024 15:12

Vatsapın Android üçün sınaq versiyasında süni intellekt Meta əsasında səsli köməkçi ilə ünsiyyət qurmaq imkanı aşkar edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Yenilik vatsapın Android üçün 2.24.18.18 nömrəsi ilə beta versiyasında müşahidə olunub.

Bu funksiyanın gələcək messencer yeniləmələrində bütün istifadəçilərə təqdim ediləcəyi gözlənilir ki, bu da istifadəçilərə chatbot ilə daha effektiv əlaqə saxlamağa imkan verəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun