Mourinyodan "Qalatasaray" barədə şok iddia

31 Avqust 2024 12:45

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Alanyaspor"a 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil edilən mətbuat konfransında diqqətçəkən açıqlamalar verib.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, "sarı-lacivərtlilər"in əzəli rəqibi "Qalatasaray"a göndərmə edən Mourinyo, "Türkiyədə təkcə "Qalatasaray" vərəqə görmür. Digər bütün komandalar vərəqə alır" ifadəsi ilə diqqət çəkib.

Portuqal mütəxəssis bu sözləri ilə "Qalatasaray"a vərəqə göstərilməməsi və ya az göstərilməsini tənqid edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun