Bu şəhərdə toy günü gəlinin qarşısında qayınana ilə qayınata güləşir - VİDEO

31 Avqust 2024 22:50

Türkiyədə toy günü edilən adət təəccüb doğurub.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, Türkiyənin Kırıkkale, Yozgat və Çorum kimi şəhərlərində ortaq bir ənənəyə görə toy günü gəlin maşından düşənə kimi qayınata ilə qayınana güləşirlər.

Bu təəccüblü ənənəni yerinə yetirən qayınata ilə qayınananın görüntüləri sosial mediada paylaşılıb.

Qısa müddətdə minlərlə insan tərəfindən izlənilən videoya "Mümkünsə, belə ənənə olmasın" kimi şərhlər edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun