Ana olmağa hazırlaşan “Barbie” çimərlik geyimində - FOTOlar

2 Sentyabr 2024 03:03

Avstraliyalı məşhur aktrisa, "Barbie" filminin ulduzu Marqo Robbi istirahətdə görüntülənib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, həyat yoldaşı Tom Akerli ilə İtaliyanın Palmarola adasında dincəlir.

Britaniyalı prodüserlə evil olan 34 yaşlı aktrisa qara çimərlik geyimində kameralara tuş gəlib. Onlar dostları amerikalı prodüser Brayan Qrazer və həyat yoldaşı Veronika ilə birgə vaxt keçiriblər.

Yaxın vaxtlarda ana olmağa hazırlaşan Robbi həmçinin Akerli ilə birgə dəniz skuteri də idarə edib.

Görüntüləri təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun