Pavel Durovun qardaşı yoxa çıxdı

31 Avqust 2024 09:45

Rusiyalı iş adamı və "Telegram"ın yaradıcısı Pavel Durovun qardaşı Nikolay Durov qardaşının Fransada həbsindən sonra yoxa çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Nikolayın keçmiş müəllimi Sergey Rukşin "Komsomolskaya Pravda"ya müsahibəsində bildirib.

Qeyd olunur ki, o, həmçinin qardaşının həbsindən sonra mesencerin şifrələmə açarlarını da gizlədib. Hazırda o, əlaqəyə girmir və onun dəqiq yeri məlum deyil.

"O, mənim mesajlarıma da cavab vermir. Buna görə də, baş verənlərə reaksiyasını öyrənmək hələlik çətindir", - Rukşin bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun