Portuqaliyada helikopter qəzaya uğradı: 4 hərbçi öldü

31 Avqust 2024 01:11

Portuqaliyada yanğınsöndürən helikopter qəzaya uğrayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin "Lusa" agentliyi məlumat yayıb.

Bildirilib ki, helikopter ölkənin şimalında çaya düşüb. Helikopterin içərisində olan 4 hərbçi həlak olub. Pilot ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bir nəfər isə itkin düşüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun