Pakistanda dəhşət: Bir ailənin 12 üzvü öldü

30 Avqust 2024 20:33

Pakistanın Hayber Paxtunxva əyalətindəki torpaq sürüşməsi nəticəsində bir ailənin 12 üzvü həlak olub. Polis və xilasedicilər cəsədləri torpağın altından çıxarıblar.

Milli.Az axar.az-a istinadən bildirir ki, polis və xilasedici dəstələrin verdiyi məlumata görə, torpaq sürüşməsi şiddətli yağışlar nəticəsində gecə vaxtı baş verib.

Dəhşətli hadisədən az müddət sonra xilasedici dəstələr artıq hadisə yerində olublar. Lakin güclü yağışın davam etməsi səbəbindən onların işləri ləngiyib.

Siklonun Pakistanın digər bölgələrinə, xüsusilə dənizkənarı ərazilərinə yayılacağı gözlənilir. Pakistanın ən çox əhalisi olan Kəraçi əyalətində də şiddətli yağışlar gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun