Qışa limon mürəbbəsi hazırlayın

31 Avqust 2024 13:44

Limonun faydalarını saymaqla bitməz.

Milli.Az axşam.az-a istinadən bildirir ki, C vitamini ilə zəngin olan bu meyvənin mürəbbəsi də sağlamlıq üçün olduqca faydalıdır. Xüsusilə də, qış aylarında orqanizmimizin bu vitaminə ehtiyacı daha çox olur. Limondan hazırlanan mürəbbə immuniteti artırır, əhval ruhiyyəni yaxşılaşdırır.

Lazım olanlar:

4 ədəd limon
2 fincan şəkər tozu
1 fincan su
 
Hazırlanması:
 
Limonlar yuyulur, qabığı soyulur. Xırda dilimlərə bölünür, üzərinə şəkər tozu əlavə edilib saxlanılır. Limonların su salmasını gözlədiyiniz müddətdə limon qabıqlarının üzərinə qaynar su əlavə edilir, 5 dəqiqə sonra suyu süzülür. 3 dəfə təkararlanır. Daha sonra sulanan limon-şəkər tozu qarışımının üstünə həmin su tökülüb qaynadılır.

Qaynamağa başlayanda xırdalanmış limon qabıqları da əlavə edilir.

Ara-sıra qarışdıraraq, 40 dəqiqə vam odda bişirilir. Soyuduqdan sonra şüşə qablara yığılıb soyuducuda saxlanılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun