İlon Mask: ABŞ tezliklə iflasla üzləşə bilər

30 Avqust 2024 19:00

Amerikalı milyarder İlon Mask hesab edir ki, ABŞ tezliklə iflasla üzləşə bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Dövlət xərclərinin hazırkı göstəriciləri ilə ABŞ iflasa doğru gedir. Hökumətin həddindən artıq xərcləri inflyasiyaya səbəb olur", - paylaşımda qeyd edilib.

ABŞ Maliyyə Nazirliyi iyulun 29-da məlumat yayıb ki, ölkənin dövlət borcu 35 trilyon dolları ötüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun