"Fənərbağça" "Mançester"də oynayan futbolçunu aldı

30 Avqust 2024 16:49

Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az report-a istinadən xəbər verir ki, "sarı-lacıvərdlilər" müdafiəçi Sofyan Amrabatı transfer edib.

Mərakeş millisinin üzvü müqavilə ilə İtaliyanın "Fiorentina" klubuna məxsus olsa da, son olaraq İngiltərənin "Mançester Yunayted" kollektivində çıxış edib.

27 yaşlı oyunçu "qırmızı şeytanlar"ın heyətində 30 matçda meydana çıxıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun