Putin Monqolustanda həbs olunacaq?

30 Avqust 2024 16:37

Kreml Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsində iştirakından narahat deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin sentyabrın 3-də Monqolustana rəsmi səfəri ilə bağlı danışarkən deyib.

Peskov bu səfərin bütün aspektlərinin diqqətlə hazırlandığını vurğulayıb:

"Narahatlıq yoxdur, Monqolustanda olan dostlarımızla gözəl dialoqumuz var".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun