Əsl amerikan vəhşiliyi: balaca Zeynəblə Ayşənin günahı nə idi? - TƏFSİLATLAR - FOTO

30 Avqust 2024 16:12

"New Yorker" jurnalı ilk dəfə olaraq 2005-ci ildə İraqda amerikalı hərbçilər tərəfindən törədilmiş ən dəhşətli hərbi cinayətlərdən biri olan Hədidə qətliamını əks etdirən fotoları yayımladı.

2005-ci il noyabrın 19-u səhər tezdən bir qrup dəniz piyadası Hədita şəhərində dörd "Humvee" ilə hərəkət edirdi. Hərbçilərin bildirdiyinə görə, maşınlardan biri partlayıcı qurğuya düşərək partladı və bir dəniz piyadası həlak oldu, daha ikisi yaralandı. Partlayışdan sonra əsgərlər yaxınlıqda olan hər kəsi amansızcasına güllələməyə başladılar. Onlar beş gəncin olduğu avtomobili dayandırıb, maşında olanların hamısını güllələdilər. Daha sonra dəniz piyadaları yaxınlıqdakı üç evə girərək, orada olan demək olar ki, hər kəsi, o cümlədən kiçik bir qızı və yaşlı bir kişini öldürdülər. Amerikalı hərbçilərin əli ilə 24 nəfər, o cümlədən qadınlar və uşaqlar həlak olub. Yeganə sağ qalan 11 yaşlı qız olub, o, bacısı ilə birlikdə yatağın altına gizlənib, lakin bacılarından biri döşəkdən atəş açılaraq öldürülüb.

Qətliamdan sonra iki dəniz piyadası hadisəni sənədləşdirməyə başladı: biri rəqəmsal kamera ilə cəsədləri çəkir, digəri isə cəsədlərə qırmızı rəqəmlər yazırdı. Qurbanlar arasında beş yaşlı Zeynəb var idi, ona 11 nömrəsi, üç yaşlı Aişəyə isə 12 nömrəsi "verilmişdi".

ABŞ komandanlığı hadisəni əhəmiyyətsiz hesab edərək gizlətməyə çalışdı. Lakin 2006-cı ildə bir iraqlı jurnalist faciə yerindən çəkilmiş videoyazını "Time" jurnalına təqdim etdi, bu da Dəniz Piyadaları Korpusunu istintaqa başlamağa məcbur etdi. Səkkiz hərbçi istintaqa cəlb olunsa da, heç biri məhkum edilmədi və bütün ittihamlar geri götürüldü. Yeganə cəza alan şəxs 2012-ci ildə sıravi rütbəsinə endirilən və maaşı dörddə bir azaldılan ştab-serjant Frenk Vuteriks oldu.

2020-ci ildə In the Dark podkastının jurnalistləri ABŞ Hərbi-Dəniz Qüvvələrinin komandanlığından qətliam yerində çəkilmiş fotolara çıxış tələb etdilər, lakin rədd cavabı aldılar. Bundan sonra onlar, o cümlədən Dəniz Piyadaları Korpusuna qarşı məhkəmə iddiası qaldırdılar və İraqa gedərək Hədidədə öldürülənlərin qohumlarını tapıb onların dəstəyini qazandılar. İki iraqlı və bir amerikalı jurnalistlə birlikdə fotoların təqdim edilməsini tələb edən müraciət hazırladılar və qətliam qurbanlarının ailə üzvlərindən on yeddi imza topladılar. Bu müraciət yeni məhkəmə iddiasının əsası oldu. İlk müraciətdən dörd il sonra, amerikalı hərbçilər Hədidə faciəsi yerində çəkilmiş fotoları təqdim etməyə razılaşdılar.

Təfərrüatlara varaq...

Qətliamdan sonra iki dəniz piyadası baş verənləri sənədləşdirmək üçün yola düşdü. Gənc çavuş Rayan Briones öz "Olympus" rəqəmsal kamerasını, gənc çavuş Endryu Rayt isə qırmızı "Sharpie" markerini götürdü.

Briones və Rayt öldürülənlərin bədənlərini nömrələyərək, onları fotoşəkillərə çəkdilər. Digər dəniz piyadaları, o cümlədən kəşfiyyat sahəsində çalışanlar da cinayət yerində şəkillər çəkdilər. Nəticədə bu şəkillər onların silahdaşlarına qarşı ən güclü sübutlar kolleksiyasına çevrildi.

Bu qətliam Hədita qırğını kimi tanındı. Dörd dəniz piyadası qətldə ittiham olunsa da, sonradan ittihamlar geri götürüldü. Daha sonra müdafiə naziri olmuş general Ceyms Mettis, dəniz piyadalarından birinə məktub yazaraq onu tərifləmiş və onun günahsız olduğunu bəyan etmişdi. 2012-ci ilə qədər sonuncu məhkəmə işi həbs müddəti olmadan bir etiraf razılaşması ilə başa çatanda, İraq müharibəsi artıq başa çatmışdı və ABŞ işğalının mirası ilə bağlı hekayələr nadir hallarda diqqəti cəlb edirdi. Xəbər demək olar ki, heç bir reaksiya doğurmadı.

Güman edilən hərbi cinayətin təsiri tez-tez ictimaiyyətə təqdim edilən təsvirlərin dəhşəti ilə birbaşa əlaqəlidir. İraqdakı məşum Əbu-Qüreyb həbsxanasında baş verən sui-istifadələr şok edici şəkillərin yayılmasından sonra beynəlxalq qalmaqala çevrildi. Hədita məsələsində isə belə bir an olmadı. Dəniz piyadaları tərəfindən çəkilmiş bir neçə şəkil açıq istifadəyə verildi, lakin onların əksəriyyəti heç vaxt yayımlanmadı.

2014-cü ildə Dəniz Piyadaları Korpusunun şifahi tarixi üçün müsahibə verən general Maykl Hagi  Hədita hadisələri zamanı korpusa komandanlıq edirdi və həmin hadisələrlə bağlı çəkilmiş şəkillərin ictimaiyyətə təqdim olunmaması ilə öyündü.

"Media bu şəkilləri heç vaxt əldə etmədi, Əbu Qreybdən fərqli olaraq", - Hagi deyirdi.

Müsahibəni aparan Dəniz Piyadaları Korpusunun tarixçisi Fred Allison əlavə etdi: "Şəkillər. Onlar həmin şəkilləri əldə etdilər. Əbu Qreybdə ən qorxulu məqam bu idi."

"Bəli", - deyə Hagi cavab verdi. "Mən bu dərsi öyrəndim". O əlavə etdi: "Bu şəkillər hələ də işıq üzü görməyib. Mən bununla fəxr edirəm."

"Hesab edirəm ki, bu, bizim borcumuzdur - həqiqəti danışmaq", - deyə həmin gün on beş ailə üzvünü itirmiş vəkil Xalid Salman Rasif deyir.

Başqa bir şəxs, Xalid Camal, həmin vaxt on dörd yaşı vardı və atasını və əmilərini itirdikdə uzun illər ərzində yaxınlarının son anlarında nələr baş verdiyini düşünmüşdü. "Onlar cəsur insanlar kimi öldülər? Onlar qorxmuşdular?" - deyə o bildirdi. "Mən detalları bilmək istəyirəm".

Camal Bağdada gedərkən öldürülmüş kişilərdən birinin atasının yaşadığı evdə ona belə dedi: "Əlbəttə, mən də sizin kimiyəm." Camal, atasından formaya imza atmasını xahiş edərək əlavə etdi: "Qırğında baş verənlər üzə çıxarılacaq." Ata, Hamid Fleyh Həsən, ona belə cavab verdi: "Boğulan saman çöpündən yapışır... Biz imzalayacağıq. Mən iki dəfə imzalayacağam, təkcə bir dəfə yox."

Rasif və Camal on yeddi imza topladılar. Daha sonra onların imzaladıqları müraciəti vəkillər işin bir hissəsi qismində məhkəməyə təqdim etdi. Mart ayında, ilk sorğudan dörd ildən çox vaxt keçdikdən sonra, hərbiçilər təslim oldular və şəkilləri təqdim etdilər.

Halbuk illər boyunca hərbiçilər bu şəkilləri ictimaiyyətdən gizlətməyə çalışdılar.

"New Yorker" tərəfindən dərc edilən və ölənlərin sağ qalan ailə üzvlərinin icazəsi ilə yayımlanan bu şəkillər, hərbçilərin cəza almadan qalmasına baxmayaraq, bu dəhşətli qırğının bütün dəhşətini ortaya qoyur.

Bu şəkillər şokedicidir. Onlarda müdafiəsiz pozalarda olan kişilər, qadınlar və kiçik uşaqlar təsvir olunub, bir çoxu yaxın məsafədən başından güllələnib.

Beş yaşlı Zeynəb Yunis Salim... Bir amerikalı dəniz piyadası tərəfindən başından vurularaq öldürülüb. Zeynəb anası, bacıları və qardaşı ilə birlikdə yataqda olarkən həyatını itirib. Onu öldürdükdən sonra dəniz piyadalarından biri onun kürəyinə qırmızı markerlə "11" nömrəsini yazıb ki, onu şəkillərdə digər öldürülənlərdən fərqləndirsin.

Qırx yaşlı ana - Ayda Yassin Ahmed uşaqları ilə birlikdə yataq otağında ölü tapıldı. Hamısı dəniz piyadaları tərəfindən yataqda güllələnmişdi.

10 yaşlı Səba, 3 yaşlı Ayşə, 5 yaşlı Zeynəb, 8 yaşlı Məhəmməd də amansızcasına güllələnmişdilər.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Təhqiqat Xidmətinin qeydlərinə görə, dəniz piyadalarından biri, gənc çavuş Stiven Tatum, istintaqçılara atəş açmazdan əvvəl otaqda qadınlar və uşaqlar olduğunu gördüyünü söylədi. Tatum, yataqda qısa saçlı bir uşağı gördüyünü təsvir etdi. "Bilirdim ki, bu bir uşaqdır, amma yenə də onu vurdum," - dedi Tatum.

Daha sonra Tatum bu ifadəni verdiyini inkar etdi.

Üç yaşlı Ayşa Yunis Salim başından vurularaq öldürüldü. Ölümündən sonra dəniz piyadası onun yanağına "12" nömrəsini yazdı. Solunda on yaşlı bacısı Sabaa, sağında isə səkkiz yaşlı qardaşı Məhəmməd yerləşirdi. Beş yaşlı bacısı Zeynəbin uzanmış əli demək olar ki, Ayşanın əlini tuturdu.

On beş yaşlı Nur Yunis Salim anası və dörd qardaş-bacısının öldürüldüyü yatağın yanında idi. Sağ qalan bacısı Saafa "New Yorker"ə danışdı ki, o və Nur yatağın arxasında gizlənmişdilər, lakin dəniz piyadası tüfəngi yatağın altına tuşlayıb atəş açdı. Dəniz piyadası Saafa-nı vura bilmədi, amma Nur öldürüldü.

Həmin gün dəniz piyadaları tərəfindən öldürülən ilk beş nəfər isə Bağdada təhsil almağa gedərkən ağ avtomobildə dəniz piyadalarının konvoyu ilə eyni yolla hərəkət edirdilər. Konvoy İED (yol kənarında yerləşdirilmiş partlayıcı qurğu) ilə partladılmamışdan əvvəl dəniz piyadaları maşını saxlatdırmışdılar. Partlayışdan sonra bu beş nəfər güllələndi.

Maşının sürücüsü iyirmi doqquz yaşlı Əhməd Fənar Muslih idi. Sərnişinlər isə 19 yaşlı Vaci Əyyad Əbdülhüseyn, 19 yaşlı Əkrəm Hamid Fleyh, 26 yaşlı Xalid Əyyad Əbdülhüseyn və 21 yaşlı Məhəmməd Battal Əhməd idilər...

... Həditadak faciə ABŞ hərbçilərinin törətdikləri amansız qətllərin, dinc insanlara və mülki əhaliyə qarşı cinayətlərinin nə ilkidir, nə də - əfsuslar olsun - sonuncusu.

Bu, əsl amerikan vəhşiliyidir...

Orxan Hun
Milli.Az