“Drujba”nı bağlayırıq, Azərbaycandan qaz tranziti…

30 Avqust 2024 19:12

Ukrayna gələn ildən etibarən Rusiya neft və qazının AB-yə tranzitini dayandıracaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"2025-ci il yanvarın 1-dən Slovakiya, Çexiya və Macarıstan kimi ölkələrin Rusiya neftini aldığı "Drujba" neft kəməri fəaliyyətini dayandıracaq. AB-nin qətnaməsi var idi ki, onlar neft tədarükünü diversifikasiya etmək üçün imkanlar tapmalıdırlar", - Podolyak bildirib.

Podolyakın sözlərinə görə, hər hansı bir ölkə Qazaxıstan və ya Azərbaycan qazını almağı zəruri hesab edərsə, Ukrayna onun tranzitində iştirak etməyə hazırdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun