“Kreml Durovla danışıqlar aparmayıb”

30 Avqust 2024 15:05

"Kreml teleqramın həmtəsisçisi Pavel Durovla heç bir danışıqlar aparmayıb".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

Peskov Rusiya mediasında Durovun 2014-cü ildən sonra ölkəyə tez-tez səfər etməsi ilə bağlı yayılan məlumatları şərh edərkən deyib. 

O, bununla yanaşı Kreml və Durov arasında hər hansı razılaşmanın olmadığını da vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun