Niastol” adlı dərmanın idxalına icazə verilməyib - Nazirlik

30 Avqust 2024 15:30

Xəbər verdiyimiz kimi, bu gün Göygöl rayonunda "Niastol" adlı dərmandan 3-ü azyaşlı olmaqla 4 nəfər zəhərlənib. Onlardan biri - 10 yaşlı uşaq vəfat edib. 

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Reyestrində "Niastol" adda məhsul qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib. 

"Niastol" adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir. 

Qeyd edək ki, hadisənin uşaqların başlarını bit dərmanı ilə yuduqlarına görə baş verdiyi ehtimal olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun