Rusiya Gürcüstanda qalib gəldi - Marqvelaşvili

31 Avqust 2024 06:40

Rusiya Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbulundan sonra mühüm ideoloji uğur əldə etdi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Gürcüstanın keçmiş prezidenti Georgi Marqvelaşvili "Voll Strit Jurnal"a müsahibəsində deyib.

"Rusiya üçün ideoloji baxımdan bu, böyük qələbədir. Gürcüstan hökumətinin Qərbdən daha müstəqil mövqe tutaraq millətin geosiyasi oriyentasiyasını dəyişmək qərarı mühüm məqam oldu", - Marqvelaşvili bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun