"Avroviziya 2025" bu şəhərdə keçiriləcək

30 Avqust 2024 12:43

"Avroviziya 2025"in keçiriləcəyi şəhər açıqlanıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, gələn il müsabiqə İsveçrənin Bazel şəhərində olacaq. Bu haqda Avropa Yayım Birliyinin verdiyi qərarda məlumat yer alıb. 

Bildirilib ki, 69-cu "Avroviziya"ya bu şəhər ev sahibliyi edəcək.

Qeyd edək ki, yarışmanın birinci və ikinci yarımfinalları 13-15 mayda, final isə 17 mayda keçiriləcək. Biletlər ilin sonunda satışa çıxarılacaq. 

Bu il yarışmanın qalibi "The Code" mahnısı ilə İsveçrə təmsilçisi Nemo olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun