Azərbaycanlı qardaşlarımızla zəfər bayramlarımızı çiyin-çiyinə qeyd edəcəyik - Türkiyə səfiri

30 Avqust 2024 12:30

Bu gün bir daha şəhidlərimizin mənəvi hüzurunda qürur duyduğumu bəyan edirəm.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyənin Zəfər Bayramı münasibətilə Türk Şəhidliyi abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

"44 günlük Vətən müharibəsində Azərbaycan əsgərlərinə sizlər ilham vermiş, onların gücünə güc qatmısınız. Biz bu gün olduğu kimi bundan sonra da azərbaycanlı qardaşlarımızla zəfər bayramlarımızı çiyin-çiyinə qeyd edəcəyik", - səfir əlavə edib.

Cahit Bağçı yekunda bir daha həm Azərbaycan, həm də Türkiyə şəhidlərinin ruhlarını minnətdarlıqla yad edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun