Türkiyədə ağır yol qəzası - ölənlər və yaralılar var

30 Avqust 2024 09:52

Türkiyənin Konya şəhərində yük maşını ilə avtomobil toqquşub.

Milli.Az report-a istinadən xəbər verir ki,hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın səbəbi araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun