Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha bir parataekvondoçusu mübarizəyə qoşulacaq.
Parataekvondo
70 kq, K44
İmaməddin Xəlilov Paralimpiadaya 1/4 finaldan başlayacaq. O, bu mərhələdə Miçel Boli Bi (Fil Dişi Sahili) - Miçel Ernesto Uolker (Kuba) cütünün qalibini gözləyir. Təmsilçimizin görüşü saat 14:35-də başlayacaq.
Qeyd edək ki, Paralimiadanın ilk günündə parataekvondoçumuz Sabir Zeynalov (58 kq, K44) bürünc medal qazanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun