AB ilə bu danışıqlar yenidən başlamalıdır - Fidan

30 Avqust 2024 08:24

Türkiyə ilə Avropa Birliyi arasında əlaqələrin intensivləşməsi ümumi maraqlara cavab verəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan AB nazirləri ilə görüşdən sonra deyib.

O qeyd edib ki, bunun üçün 2019-cu ildə dayandırılmış dialoq mexanizmlərini, həmçinin Gömrük İttifaqı haqqında sazişin yenilənməsi məsələsini yenidən işə salmaq lazımdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun