İtaliya klubu Andre Pirlo ilə yolları ayırdı

30 Avqust 2024 06:28

İtaliyanın "Sampdoriya" klubu baş məşqçisi Andrea Pirlonu istefaya göndərib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis B Seriyasının III turunda "Salernitana"ya məğlubiyyətdən sonra komanda ilə yollarını ayırıb.

Qeyd edək ki, ötən mövsüm A Seriyasına yüksəlmək üçün mübarizə aparan "Sampdoriya" kollektivi çempionatı 55 xalla 7-ci pillədə başa vurmuşdu.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun