"Qalatasaray" rəsmiləri Okan Burukla bağlı yekun qərarı açıqlayıblar

30 Avqust 2024 07:14

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Yanq Boyz"a məğlub olan "Qalatasaray"ın baş məşqçisi Okan Burukla bağlı klub rəsmilərinin yekun qərarı bəlli olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, klub rəsmiləri təcrübəli çalışdırıcı ilə yola davam etmək istədiklərini bildiriblər.

Qeyd edək ki, "Yanq Boyz"a iki oyunun nəticəsinə görə 2:4 hesabı ilə məğlub olan "Qalatasaray" yoluna UEFA Avropa Liqasında davam edəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun