Avropa Parlamentinin (AP) sədri Roberta Metsola bacısı ilə evli olan Metyu Taboneni aparat rəhbəri təyin edib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri məlumat yayıb.
Qeyd olunur ki, Tabone 2013-cü ildən Metsola Avropa İttifaqının qanunverici orqanına Maltadan üzv seçildikdən sonra AP-də işləməyə başlayıb. O, 2015-ci ildə deputatın bacısı ilə ailə həyatı qurub. Bildirilir ki, Metsola 2022-ci ilin sonunda öz aparatının rəhbəri vəzifəsinə Tabonenin namizədliyini irəli sürüb, lakin sonradan bitərəf qalıb.
Xatırladaq ki, iyulun 16-da Metsola ikinci müddətə AP prezidenti seçilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun