Parataekvondocumuz Parisdə bürünc medal qazanıb

29 Avqust 2024 22:14

Parisdə keçirilən Paralimpiya Oyunları davam edir.

Milli.Az xəbər verir ki, parataekvondocumuz Sabir Zeynalov (K-44 -58 kq) Paris-2024 Yay Paralimpiya Oyunlarının bürünc mükafatını əldə edib.

Təmsilçimiz Tailandlı rəqibi Thanva Kaenkham üzərində 12:4 hesablı inamlı qələbə qazanıb.

Qeyd edək ki, 19 yaşlı idmançımız ilk medalı komandamızın aktivinə yazdırıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun